Oğuz Parkı 2011 ci il Noyabrın 16 -da istifadəyə verilmişdir. Açılışında Cənab Prezident İlham Əliyev iştirak etmişdir .
Parkın tikintisinə 2008 -ci ildə başlanılıb , ümumi sahəsi iki hektar olan parkın giriş qapısının üzərində dövlət bayrağının təsviri əks olunmuşdur. Parkda örtülü kölgəliklər, su hovuzları və biri musiqili olmaqla beş fəvvarə , uşaq əyləncə meydançası qurulmuşdur . Mədəniyyət və istirahət parkında yaradılmış 120 yerlik amfiteatrda müxtəlif tədbirlərin, o cümlədən konsert proqramlarının təşkili üçün geniş imkanlar vardır . Burada , həmçinin günbəz formasında 12 istirahət guşəsi yaradılmışdır.