nazimoguz
Tarixi

Padar türk-Azərbaycan mənşəli etnotoponimidir. Padarlar Oğuz-Səlcuq tayfalarından biridir. Akademik I.M. Meşşaninov (Xaldovedenie, B. 1927) Azərbaycanda Padar oykonominin çox qədim tarixə malik olub, Patari (şəhər adı) oykonomini ilə bağlı olduğunu göstərmişdir. Tarixçi Əhməd Zəki Vəlidi Toğan "Azərbaycan" adlı kitabanda padarlar haqqında yazır: "…müxtəlif yerlərdəki padar tayfasına aid məskənlər diqqəti cəlb edir. Hər iki qəbilə (Sulduz və Padar-Ə. Ç.) bu əraziyə gəldikdən sonra torpağa bağlanmışdır. Padar onuyğur tayfasının biridir. [2] . [3] Tədqiqatçı etnoqraf Məmmədhəsən Vəlili (Baharlı) da padarları ən məşhur oğuz tayfalarından biri kimi təqdim edir və göstərirdi ki, "13-cü əsrin ortalarında, İranda hakimiyyət moğollardan olan hülakulara keçdikdə, Hülakü İranda öz mövqeyini möhkəmlətmək üçün 200 min türk ailəsini köçürüb, Iranda oturtmuşdu (məskunlaşdırılmışdı). O ailələr bir müddətdən sonra Azərbaycana köçdülər. Bu türklər Qayı adlanan xüsusi türk tayfasıdır. Ağ hunların övladları hesab olunurlar, əvvəllər Qərbi Türküstanda yaşayırdılar. Qayı türklərinin məşhur qəbilələri bunlar idi: Qaçar, Əfşar, Zülqədər, Çoban, Baharlı, Padar, Ustacalı, Lək, Xəlili, Sorsor, Şəfəq, Ussalı, Zəngənə, Armalı və qeyriləri.". [4] . Səfəvilər dövründə-XVI-XVII əsrlərdə Şimali Azərbaycana gələrək məskunlaşmışlar[5] . “Padar”–iki hissədən ibarətdir: “pad” və “ər.” “Pad” (bat-pat-pad) -“b a h a d ı r, i q i d, m ö h k ə m, m ə t i n, c ə s u r, döyüşçü” [6] , “ar” (ər) isə - “iqid, kişi” deməkdir. “Padar”- “ər kişi, iqid döyüçü” anlamındadır. Dəvəçi, Ağsu, Qubadlı, Sabirabad, Xaçmaz, Hacıqabul rayonlarında da eyni adlı kəndlər var.

Toponimikası

Yaşayış məntəqəsinin adı oğuz-səlcuq tayfalanndan biri olan padarların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın cənubunda yaşamış, Səfəvilər dövründə (XVI-XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şimal zonasına köçürülmüşdülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai- iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XVIII əsrdə Cavad qəzasında yaşayan padarların ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s. tirələrindən, ümumiyyətlə 20 tirə və 218 ailədən ibarət olması haqqında məlumat mövcuddur.

Əhalisi

Kəndin əhalisi heyvandarlıq , taxılçılıq və tərəvəzçiliklə məşğuldur. Kənddə orta məktəb, uşaq bağçası, klub, kitabxana, poçt, 269 yerlik elektron ATS, xəstəxana, ticarət, iaşə və məişət xidməti obyektləri fəaliyyət göstərir. XIX əsrin birinci yarısında yaşayıb yaratmış, Azərbaycan yazılı ədəbiyyatında aşıq şerinin görkəmli nümayəndələrindən biri olmuş Abdulla Padarlı Padar kəndinin yetirməsidir. 2017-ci il 01 yanvar siyahıyaalınmasına əsasən kəndə 2484 nəfər əhali yaşayır.

Padar FK
padar futbol kulubu
padar futbol klubuYukleoguz rayonun padar kend futbol klubu
Padar Kendi
oguzun padar kendiPadar KəndiYüklə
oguzun padar kendiPadar KəndiYüklə
oguzun padar kendiPadar KəndiYüklə
oguzun padar kendiPadar kəndiYüklə
oguzun padar kendiPadar kəndiYüklə
kend yemeyiPadar kendi Yüklə
Nazim TenhaNazimOguz.Tk oguz rayonu